Menu

Fazil Mustafaya sui-qəsd işində təqsirləndirilən şəxslərlə bağlı qərar verildi

08.07.2025, 17:39
Fazil Mustafaya sui-qəsd işində təqsirləndirilən şəxslərlə bağlı qərar verildi

Deputat Fazil Mustafaya sui-qəsdə cəhd etməkdə təqsirləndirilən Azər Səricanov, Elşad Əsgərov və Səbuhi Şirinovun kassasiya şikayətləri üzrə məhkəmə prosesi yekunlaşıb.

“Report”un məlumatına görə, Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən iclasda qərar qəbul olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib, Bakı Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Xatırladaq ki, hadisə ötən il martın 28-də Sabunçu rayonu Zabrat qəsəbəsində baş verib. Milli Məclisin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq sui-qəsd cəhdi edilib.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanılıb.

Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun barəsində ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azər Səricanov ömürlük, Səbuhi Şirinov 20 il, Rəşad Əhmədov 19 il, Elşad Əsgərov 18 il, Emin Əliyarov isə 4 il müddətinə azadlıqdan məhrum ediliblər.

Daha sonra təqsirləndirilən şəxslər və zərərçəkən tərəf apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsi onların şikayətlərini təmin etməyib.

Şərhlər

Elxan 2025-07-08 20:02:08

Hamısına ömürlük həbs cəzası kəsilməlidir,..

ƏNHU 2025-07-08 19:01:16

Hökm olduqca amansız və ədalətsizdir. Bu hökmü çıxaran hakim ALLAHa nə cavab verəcək? Yeri-göyü dağıdanlara da 20 il sadəcə kiməsə bir güllə atana da. Arada ölüm yox, itim yox. Cidi xəsarət yox, əlillik yox. Fazil Mustafanın məsələsi həddindən artıq şişirdildi və dramatikləşdirildi.. Bu adam nə böyüklükdə fiqur idi ki, ona qarşı terror aktı tətbiq edilsin. Sadəcə faktdan istifadə edib özündən qəhraman düzəltmək istəyirdi, alınmadı. Mən cinayətkarlara haqq qazandırmıram, mən məntiqin, insafın və ədalətin dediyini deyirəm. Dövləti talayanla yumurta oğurlayana eyni cəzanın verilməsi dünyanın nizamını pozur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol