Menu

Məhkəmə "Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri ilə bağlı qərar verib

09.07.2025, 12:46
Məhkəmə "Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri ilə bağlı qərar verib

"Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlının həbs müddəti uzadılıb.

"Report"un məlumatına görə, bu barədə qərar Binəqədi Rayon Məhkəməsində verilib.

Qərara əsasən, onun həbs müddəti 3 ay uzadılıb.

Qeyd edək ki, Bəşir Süleymanlı Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan araşdırma nəticəsində cinayət məsuliyyətinə cəlb edilib.

O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə saxtakarlığı və cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırma maddələri ilə təqsirləndirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol