Menu

Ukrayna ordusu Kursk bölgəsindəki çimərliyə hücum edib - Ölən və yaralananlar var

09.07.2025, 14:42
Ukrayna ordusu Kursk bölgəsindəki çimərliyə hücum edib - Ölən və yaralananlar var

Rusiyanın Kursk vilayətində ailələrin istirahət üçün toplandığı Qorodskoy çimərliyinə Ukrayna ordusu tərəfindən pilotsuz uçuş aparatı ilə hücum təşkil olunub. 

Hücum nəticəsində biri hərbçi olmaqla 3 nəfər həlak olub, biri uşaq olmaqla 7 nəfər yaralanıb. Yaralılardan 5-nin vəziyyətinin ağır olduğu bildirilir.

Kursk vilayətinin qubernator əvəzi Aleksandr Xinşteynin sözlərinə görə, hadisə baş verməmişdən əvvəl insanlara PUA təhlükəsi barədə xəbərdarlıq edilsə də, çimərliyə toplaşanlar olub. Hücum zamanı ikinci partlayış baş verib və həmin an insanları təxliyə etməyə çalışan rus hərbçisi həyatını itirib.

Digər tərəfdən, Rusiya Müdafiə Nazirliyi açıqlayıb ki, ötən gecə ərzində ümumilikdə 9 bölgəyə hücum edən Ukraynaya məxsus 86 PUA məhv edilib. Onlardan 23-ü məhz Kursk vilayətində vurulub.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol