Menu

"Pakistan Hindistan Hərbi Hava Qüvvələrinin imicini məhv edib" - HHQ komandanı

09.07.2025, 15:19
"Pakistan Hindistan Hərbi Hava Qüvvələrinin imicini məhv edib" - HHQ komandanı

Pakistan ordusu Hindistan Hərbi Hava Qüvvələrinin imicini məhv edib.

APA xəbər verir ki, bunu Pakistan Hərbi Hava Qüvvələri Komandanı Zahir Əhməd Baber deyib.

Onun sözlərinə görə, Pakistan və Hindistan arasında 5-10 may tarixlərində baş verən münaqişədə Hindistana məxsus radarlara müdaxilə edilib, onların peyk bağlantıları kəsilib və GPS sistemi pozulub.

Əhməd Baber Hindistanın 4 “Rafael” qırıcısı itirdiyini bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol