Menu

“Ukraynada müharibəni dayandırmaq üçün diplomatik imkanlar tükənib” - Mertz

09.07.2025, 17:22
“Ukraynada müharibəni dayandırmaq üçün diplomatik imkanlar tükənib” - Mertz

Ukraynada müharibənin diplomatik yollarla sona çatdırılması imkanlarının demək olar ki, tükənib.

Bunu Almaniya Kansleri Fridrix Mertz Bundestaqda çıxış edərkən deyib.

Onun sözlərinə görə, Almaniya, Ukraynanın suverenliyi və Avropanın siyasi azadlığı üçün dəstəyini davam etdirəcək.

“Diplomatik yollar tükənir. Çünki qarşı tərəf cinayətkar bir rejimdir və bu rejim hərbi güclə bütöv bir xalqın yaşamaq haqqını sorğulamağa və Avropa qitəsindəki siyasi azadlığı yox etməyə çalışır. Biz Ukraynaya yardım edəcəyik.Rusiya tərəfdarlarının müqavimətinə baxmayaraq, bu dəstəyimiz davam edəcək", -deyə o qeyd edib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol