Menu

Azərbaycan yığması FİFA reytinqində geriləyib

10.07.2025, 13:45
Azərbaycan yığması FİFA reytinqində geriləyib

Milli komandaların yeni FİFA reytinqi açıqlanıb.

Apasport.az xəbər verir ki, Azərbaycan yığması yenilənmiş siyahıda 122-ci pillədə qərarlaşıb.

Komandamızın aktivində 1148 xal var. Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv əvvəlki reytinqlə müqayisədə 3 pillə geriləyib və 2,64 xal itirib.

Bu geriləməyə iyun ayında keçirilən yoldaşlıq oyunları səbəb olub. Yığmamız evdə Macarıstana 1:2 hesabı ilə uduzub, səfərdə isə Belarusla 0:0 hesablı heç-heçə edib.

Qeyd edək ki, FİFA reytinqinə 1885,36 xalla Argentina milli komandası başçılıq edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol