Menu

Ukrayna Aİ-dən 2,3 milyard avro maliyyə dəstəyi alacaq

10.07.2025, 23:55
Ukrayna Aİ-dən 2,3 milyard avro maliyyə dəstəyi alacaq

Avropa Komissiyası Ukraynaya "Ukraine Facility" proqramı çərçivəsində 2,3 milyard avro maliyyə dəstəyi ayıracaq.

APA xəbər verir ki, bu barədə Ukraynanın İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Nazirliyin "Telegram" kanalında yayılan məlumata görə, Romada imzalanmış yeni sazişlər çərçivəsində bu məbləğin 1,8 milyard avrosu kredit zəmanətləri, 580 milyon avrosu isə qrant və qarışıq maliyyələşdirmə formasında təqdim olunacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol