Xəbər verdiyimiz kimi, ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Bryus bəyan edib ki, Vaşinqton Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasına yönəlmiş bütün səyləri dəstəkləyir.
Onun sözlərinə görə, Prezident Donald Trampın rəhbərlik etdiyi administrasiyanın və dövlət katibi Marko Rubionun mövqeyi bu məsələdə kifayət qədər aydındır: “Rubionun hökumət iclasında səsləndirdiyi fikirlər göstərir ki, bu administrasiya sülh üçün çalışır. Onlar nə lazımdırsa, edəcəklər və hara getmək lazımdırsa, ora da gedəcəklər. Bu mövqe zəifləməyib. Çünki “Amerikanı yenidən qüdrətli etmək” öhdəliyinə dünyadakı vəziyyətin yaxşılaşdırılması da daxildir”.
Temmi Bryusun bu açıqlaması dövlət katibi Marko Rubionun bir neçə gün öncə səsləndirdiyi fikirlərin ardınca verilib. Rubio bəyan etmişdi ki, Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında yaxın gələcəkdə sülh sazişinin imzalanmasına ümid edir.
Bu bəyanatlar Vaşinqtonun sülh prosesindəki aktivliyinin davam edəcəyini və bölgədə nüfuzunu artırmaq istədiyini göstərir. Qeyd edək ki, ABŞ son aylarda tərəflər arasında sülh gündəliyinə dair təkliflərlə çıxış edib. Xüsusilə də Naxçıvanla Ermənistan arasında yeni kommunikasiya dəhlizinin neytral nəzarət mexanizmi ilə bağlı təşəbbüslə gündəmə gəlib. Bu təşəbbüsün dünən Abu-Dabidə Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyan arasında keçirilən 5 saatlıq danışıqlarda müzakirə olunduğu ehtimal edilir.
AzPolitika.info
***
ABŞ Cənubi Qafqazda sülhün və sabitliyin təşviqi üçün səyləri dəstəkləyir.
Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Bryus mətbuat konfransında bildirib.
"Biz Cənubi Qafqazda sülhün və sabitliyin təşviqi üzrə səyləri dəstəkləyirik", - Bryus qeyd edib.

Şərhlər