Menu

ABŞ Kanada məhsullarına 35% rüsum tətbiq edəcək

11.07.2025, 08:43
ABŞ Kanada məhsullarına 35% rüsum tətbiq edəcək

ABŞ Prezidenti Donald Tramp, Kanadanın Baş naziri Mark Karniyə ünvanladığı məktubda Birləşmiş Ştatların 1 avqustdan etibarən Kanadadan idxal olunan məhsullara 35%-lik gömrük rüsumları tətbiq edəcəyini bildirib.

APA xəbər verir ki, sənəd Trampın "Truth Social" hesabında dərc edilib.

“Sentyabrın 1-dən ABŞ-a gətirilən Kanada məhsulları 35% gömrük rüsumu ilə vergiyə cəlb olunacaq”, – deyə məktubda qeyd olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol