REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Azərbaycanın quru sərhədlərinin bağlı qalmasını tənqid edib. O, bu barədə özünün “facebook” səhifəsində paylaşım edib və şəxsi təcrübəsinə əsaslanaraq problemi diqqətə çatdırıb.
Cəfərli qeyd edib ki, yaxın günlərdə atası vəfat etdiyi üçün Gürcüstana getməli olub və vətənə qayıdış zamanı təyyarədən istifadə etməyə məcbur qalıb:“Xarici vətəndaşlar quru yolla ölkədən sərbəst çıxa bilirlər, bu məlumdur. Yaxşı, Azərbaycan öz vətəndaşını ölkəmizə niyə buraxmır? Bu nə məntiqdir, bunun “təhlükəsizliklə” nə əlaqəsi var?! Yəni, Azərbaycan vətəndaşı Tbilisiyə təyyarə ilə gəlir, 2-3 gün işini görür, toyda-yasda iştirak edir, o niyə quru yolla deyil, yalnız təyyarə ilə qayıtmalıdır ki?!”
Cəfərli, eyni zamanda, bu məhdudiyyətlərin ailələrə yaratdığı konkret çətinliklərə də toxunub. Bildirib ki, yas mərasiminə gəlmək istəyən qardaşı oğlu Tbilisidən Bakıya birbaşa bilet tapa bilməyib və Antalya üzərindən uçmaq məcburiyyətində qalıb.
Daha bir nümunədə isə yaxın qohumun Gürcüstanla sərhəddə yerləşən kənddən yasa gəlmək üçün 80 km-lik yolu 530 km-lik səyahətlə əvəz etməli olduğu göstərilib: “Qazaxın kəndlərinin birində çox yaxın qohumumuz yaşayır, yasa gəlmək istədi, fikrindən yayındırdım. Onların kəndindən Gürcüstandakı bizim kəndə 80 km yoldur, quru yolla 1 saata maşınla gəlmək olur. Amma o yasa gəlmək üçün 530 km Qazaxdan Bakıya gəlməli, Bakıdan təyyarə ilə uçmalı, hava limanından taksi ilə yas yerinə gəlməli idi, belə də iş olar?!”
“AzPolitika.info”

Şərhlər
doğru deyil
sərhədlərin uzun zaman bağlı qalması yanlış qərardır
Emim oglu xerceng xesteliyinde vefat etdi .İstanbuldan Igdıra ordan da Babek rayonuna getdim , gayıdanda buraxmsdılar serhedden , mecbur Naxcıvandan İstanbula teyyareye bilet aldım .Haramları olsun .Gazandığlarını xesteliklere xerclesinler .
Xalqdan kiminsə xəbəri var ki .? Problemləri dilə gətirəni xalq düşməni elan edirlər. Bərdədə polislər aşkar qoçuluq edir. Əvvəllər tək Hacı Məmmədov idi quldur. ..İndi 99 % məmurlar xalqı soyur.....
Uşaqpulu və secki ilə "Real məntiqi"nin davamıdır sərhədlərin baglı olması.