Ukraynanın azadlığı və ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə daha bir azərbaycan əsilli hərbçi həlak olub.
“AzPolitika” xəbər verir ki, bu barədə Ukraynadakı azərbaycanlı diaspor nümayəndələri məlumat yayıb.
Məlumata görə, 1982-ci il təvəllüdlü tibb instruktoru Mehtiyeva Əminə Əli qızı 9 iyul 2025-ci il tarixində Dnepropetrovsk vilayətinin Novopavlovka kəndi yaxınlığında döyüş tapşırığını yerinə yetirərkən həlak olub.
Əminə Mehtiyeva Ukrayna Silahlı Qüvvələrinin tərkibində fəaliyyət göstərib və ön xəttə hərbi tibb xidmətində çalışıb.
Hazırda onun dəfn mərasimi və ailəsinə dəstək tədbirləri ilə bağlı məlumatlar dəqiqləşdirilir.
AzPolitika.info


Şərhlər