Menu

Vətəndaşın yazdığı rəylə aylardır axtarılan qadın tapıldı - FOTO

13.07.2025, 20:41
Vətəndaşın yazdığı rəylə aylardır axtarılan qadın tapıldı - FOTO

Xəbər verdiyimiz kimi, İsmayıllıda itkin düşən 1985-ci il təvəllüdlü Elnarə Kərimovanın yeri məlum olub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev sosial şəbəkə hesabında paylaşım edərək, sözügedən qadının tapılmasında vətəndaşın iştirak etdiyini bildirib.

E.Hacıyevin qadının axtarışı ilə bağlı paylaşımına yazılan şərh onun yerinin müəyyən olunmasında mühüm rol oynayıb: “Bir rəylə İsmayıllıda may ayında itkin düşən qadının yeri polis əməkdaşları tərəfindən müəyyən olundu. Ona görə deyirik ki, biz birlikdə güclüyük! Vətəndaşa təşəkkür edirik”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol