“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən 1 iyul 2025-ci il tarixinədək burada 660,1 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib.
Energetika Nazirliyindən verilən məlumata görə, hesabat dövründə AÇG və "Şahdəniz"dən 487,1 milyard kubmetr qaz hasil edilib.
Məlumata görə, indiyədək “Azəri-Çıraq-Günəşli”dən 609,5 milyon ton neft, 236,5 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 50,6 milyon tona yaxın kondensat, 250,6 milyard kubmetr qaz çıxarılıb.
"Bundan 1 iyun 2025-ci il tarixinədək 658,1 milyon ton neft, 180,2 milyard kubmetr qaz ixraca nəql edilib", - məlumatda qeyd olunur.


Şərhlər