Menu

Ukraynada hökumət dəyişikliyi - Zelenski yeni baş nazir təyin edir

14.07.2025, 14:40
Ukraynada hökumət dəyişikliyi - Zelenski yeni baş nazir təyin edir

Ukrayna Prezidenti Volodimir Zelenski yaxın günlərdə yeni hökumətin formalaşacağını açıqlayıb.

Ukrayna mətbuatının məlumatına görə, hazırkı birinci baş nazir müavini Yuliya Sviridenko baş nazir postuna gətiriləcək.

Hazırkı Baş nazir Denis Şmıqalın isə müdafiə naziri vəzifəsinə təyin olunacağı gözlənilir. Hazırkı müdafiə naziri Rüstəm Umerovun ABŞ-də Ukrayna səfiri vəzifəsinə göndərilməsi planlaşdırılır.

Yeni hökumət quruluşunda bəzi nazirliklərin birləşdirilməsi və səlahiyyət bölgüsünün yenidən tənzimlənməsi də gözlənilir. Eyni zamanda, bir neçə nazirin istefası da gözlənilir, lakin bu şəxslərin kimliyi hələlik açıqlanmayıb.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol