Menu

"GÜNDƏ SAĞILMAQ ÖLMƏKDƏN AĞIRDIR...” - Abbaszadənin bu çıxışı müzakirə mövzusu oldu + VİDEO

14.07.2025, 21:46
"GÜNDƏ SAĞILMAQ ÖLMƏKDƏN AĞIRDIR...”  - Abbaszadənin bu çıxışı müzakirə mövzusu oldu + VİDEO

Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə, ali təhsil müəssisələrinə ötənilki qəbul imtahanlarının nəticələri ilə bağlı keçirilən tədbirdə maraqlı bir çıxış edib.

"AzPolitika" xəbər verir ki, M.Abbaszadə, tədbir zamanı, dövlət sifarişli ixtisaslar üzrə təhsil alan tələbələrə aid fikirlərini bölüşüb. O qeyd edib ki, "bəzi ixtisaslar üzrə kim gəlirsə, dövlət onların mütəxəssis olması üçün pul xərcləməyə hazırdır". Bu ixtisaslar arasında xüsusilə kənd təsərrüfatı və baytarlıq ixtisasları vurğulanıb.

Tədbir zamanı bir jurnalistin “O balla inəyi öldürəcəklər” replikasına  isə Abbaszadə i belə cavab verib: “Adamı öldürməsin, heç olmasa. İnəyin taleyi elədir ki, gec-tez onu öldürəcəklər. Bəlkə də, sağılan inəyin taleyi öldürüləndən daha ağırdır. Gündə sağılmaq ondan ağırdır. Qadınlar məni başa düşdü…”

Maraqlıdır ki, DİM sədrinin bu qeyri-adi çıxışı zalda alqışlarla qarşılanıb...

Şərhlər

Məhəmməd 2025-07-15 11:59:22

30 ildən çoxdur ki eyni dəstədir.30 ildə ildə elə testlə qəbul olunanların sayi 30000 dən ğötürsək
900000 adam edir.Bunları əvəz edən tapilmır.

Baba 2025-07-15 10:13:30

Bunu da belə itirdik!

Kəmsavad Novruzəli 2025-07-15 09:12:49

Axır ki, ağıllı bir kəlama rast gəldik. Bəxtəvərin balası ən mükəmməl mənimsədiyi ixtisas sahəsi üzrə ustad mütəxəssislərə layiq fikir səsləndirib. Yaxşı ki, Tüleyman məsələsinə toxunmayıb....

Fərq 2025-07-14 20:35:31

Məqaləyə şərh əvəzi: Universitetlərin birində (hay-küylə qeyd edilən "1000 universitet" siyahısına "salınan" guya ali məktəbdə) Biznesin idarə edilməsi ixtisası üzrə təhsin alan 4 qrupda (təqribən, 120 nəfər) müəllimin "Xristofor Kolumb kimdir" sualına 1 (BİR) nəfər cavab verə bilib. Bu "tələbələr" universitetə daxil olmaq üçün coğrafiya fənnindən test imtahanından keçiblər. Burada deyiblər, "sözsüz".

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol