Türkiyənin "Galatasaray" klubu iki böyük transferi gerçəkləşdirməyə hazırlaşır.
Klub 75 milyon avroluq yüksək qiymət etiketinə sahib nigeriyalı hücumçu Viktor Osimhen üçün aylardır davam edən səylərinin nəticəsini almağa yaxındır. Məlumata görə, Galatasaray rəhbərliyi "Napoli" klubuna Osimhen üçün 40 milyon avro nağd və 35 milyon avronu iki hissədə olmaqla ödənmək üzrə ümumilikdə 75 milyon avroluq rəsmi təklif göndərib
Osimhenin transferindən sonra növbəti addım kimi İlkay Gündoğan düşünülür. Almaniyalı yarımmüdafiəçi artıq iyun ayında Galatasaraya sərbəst şəkildə keçməyə razılıq verdiyini bildirib. Klub, İlkaya illik 6 milyon avro məvacib və 1+1 illik müqavilə təklif edəcək.
Klubdan verilən məlumata görə, Gündoğan bir müddətdir sakit şəkildə Galatasarayın təklifini gözləyir və razılıq əldə olunarsa, yaxın günlərdə rəsmi imzalar atılacaq.
"AzPolitika.info"

Şərhlər