ABŞ Prezidenti Donald Trampın sağlamlıq vəziyyəti ilə bağlı Ağ Evin sözçüsü Karolin Livitt açıqlama verib.
Onun sözlərinə görə, Tramp son həftələrdə ayaqlarının aşağı hissəsində yüngül şişkinlik hiss etdikdən sonra tibbi müayinədən keçib və nəticədə ONA “xroniki venoz çatışmazlıq” diaqnozu qoyulub.
Livitt bildirib ki, Tramp şəffaflıq naminə həkimlərinin qeydlərinin ictimaiyyətlə paylaşılmasını istəyib.
Paylaşılan rəsmi məlumatda qeyd olunur:“Prezident Tramp son həftələrdə rutin tibbi nəzarət çərçivəsində ayaqlarında yüngül şişkinlik hiss edib. Ağ Ev Səhiyyə Xidməti tərəfindən aparılan geniş müayinə nəticəsində xroniki venoz çatışmazlıq aşkarlanıb. Bu vəziyyət xüsusilə 70 yaşdan yuxarı şəxslər arasında yayğındır”.
Trampa əlavə olaraq exokardioqram müayinəsi də aparılıb. Nəticələrə əsasən, Trampın ürək quruluşu və funksiyaları normaldır, ürək çatışmazlığı, böyrək problemi və ya sistemik xəstəlik əlamətləri müşahidə edilməyib. Karolin Livitt 79 yaşlı Trampın ümumi sağlamlıq vəziyyətinin “mükəmməl” olduğunu vurğulayıb.
"AzPolitika.info"

Şərhlər