Avropa İttifaqının(Aİ) Rusiya Federasiyasına qarşı 18-ci sanksiyalar paketinin tətbiqi ilə bağlı qətnaməsində Azərbaycan, Hindistan, Çin, BƏƏ, Sinqapur və Mavrikidən olan 18 şirkətin adı var. Bu şirkətlərə qarşı sanksiya tətbiq edilib.
“AzPolitika” xəbər verir ki, Aİ-nin sanksiyalar siyahısına Azərbaycanda qeydiyyatdan keçən “Aqua Fleet Management” şirkəti də daxil edilib.
"Aqua Fleet Management" şirkətinin 100 manat nizamnamə kapitalı var. O, 2024-cü ilin avqustunda gürcü əsilli İremadze Kaxaber adlı şəxsin adına qeydiyyatdan keçirilib. Şirkətin rəsmi ünvanı Sumqayıt şəhəri, Sülh küçəsi, 5-ci bina, 25-ci mənzil göstərilir. Şirkətin neftdaşıma fəaliyyəti ilə məşğul olduğu bildirilir. Onun “Saurri” və “Ederra” adlı iki tankerinin və “Temirro” adlı yük gəmisinin olduğu bildirilir. Gəmilərin beynəlxalq sularda Kamerun bayrağı altında üzdüyü məlumdur. Belə görünür ki, Aİ sözügedən gəmilərin Rusiyadan neft daşımalarında iştirak etməsindən şübhələnir.
“AzPolitika.info”

Şərhlər
İki neftdaşıma kateri olan şirkət cəmi 100 (yüzcə) manat Nizamnamə Kapitali ilə çalışır? Sabah Beynəlxalq Tribunal (Allah eləməsin) müüsadirə qərarı versə, elə yüzcə manatı ödəməklə qurtaracaqmı? Yetmiş yaradılmış ümummülkiyyəti buna qurban verən qaydalar, elə Nizamnamə kəfi, külü, Kapitalı ilə də yeni özəlliyi qanuniləşdirirlərmi? Vergi və s. gözləyənlərə *Dırku, ot bublika?*