Menu

Generalların saxlanıldığı həbsxanaya yeni rəis təyin edildi

22.07.2025, 11:03
Generalların saxlanıldığı həbsxanaya yeni rəis təyin edildi

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 9 saylı cəzaçəkmə müəssisəsinə yeni rəis təyinatı olub.

Müəssisəyə rəhbərlik Rəşad Əhədova tapşırılıb. Əhədov bundan əvvəl də Penitensiar Xidmətdə müxtəlif vəzifələrdə çalışıb.

Məlumat üçün bildirək ki, 9 saylı cəzaçəkmə müəssisəsində keçmiş yüksəkvəzifəli məmurlar və generallar saxlanılır. Onların arasında generallar-Bəkir Orucov, Əhməd Əhmədov, Elçin Quliyev, Nizami Şirinov, cinayətlərinə görə general rütbəsindən məhrum edilmiş Mövlam Şıxəliyev, həmçinin keçmiş baş prokuror Eldar Həsənov və İmişlinin əvvəlki icra başçısı Vilyam Hacıyev də var./qafqazinfo

Şərhlər

ƏNHU 2025-07-23 00:18:35

Niyə bu talançıları xuliqanlarla bir kameraya salıb analarından əmdikləri südü burunlarından gətirmirlər ki, həmkarları da gözü çıxan qardaşına baxıb qorxsun? Əksinə bunlar üçün xüsusi şərait yaradırlar. Mən belə ölkə görməmişəm.

müəllim 2025-07-22 14:39:20

Allah eldar həsənovun qapısını bağlı qoysun Amin Amin İlahi Amin

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol