Rusiya ilə ölüm-dirim savaşı aparan Ukraynada daxili sabitliyi poza biləcək hadisələr yaşanmaqdadır.
“AzPolitika” xəbər verir ki, Kiyevdə Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU) və Korrupsiyaya Qarşı Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluğun (SAP) səlahiyyətlərinin azaldılmasına etiraz olaraq kütləvi etiraz aksiyası keçirilib. Etirazçılar Kiyevin mərkəzində İvan Franko teatrının yaxınlığında toplaşıblar.
Qeyd edək ki, iyulun 22-də Ali Rada NABU və SAP-ın səlahiyyətlərinin azaldılması haqqında qanun qəbul edib. Bu qanun cəmiyyətdə narazılığa səbəb olub. Buna baxmayaraq, Prezident Volodimir Zelenski qanunu təsdiqləyib. Bu da narazılığı daha da artırıb.
Kiyev meri Vitali Kliçko da etirazçılara qoşulub. Bu barədə Ali Radanın müxalifətdən olan deputatı Aleksey Qonçarenko öz Telegram kanalında məlumat verib. Son məlumatlara görə, Odessa, Lvov və Dnepr sakinləri də etiraz aksiyasına çıxıblar.
— Ahmadov (@BigAhmadov) July 22, 2025
“The Wall Street Journal” yazır ki, bu qanun və onun Zelenski tərəfindən təsdiqlənməsi Qərb müttəfiqlərinin Ukraynaya dəstəyini təhlükə altına qoya bilər. Ali Radanın bir qrup deputatı qəbul edilmiş qanunun konstitusiyaya uyğunluğunu mübahisələndirmək niyyətindədir. Bunu deputat Yaroslav Jeleznyak bildirib. Qeyd olunur ki, bu qanun Ukraynanın Avropa İttifaqına üzvlük perspektivinə də təhlükə yaradır.
SBU-nun rəhbəri İqor Malyuk isə deyib ki, qanunun mahiyyəti cəmiyyətə düzgün təqdim edilmir və korrupsiyaya qarşı mübarizə qurumları ləğv edilməyəcək: "Heç bir ləğvetmə olmayıb. Bu, sadəcə olaraq Konstitusiyaya qayıdışdır. SAP və NABU mövcud olmaqda və səmərəli işləməkdə davam edir".
Ukrayna Hərbi Kəşfiyyatının (GUR) rəhbəri Kirill Budanov isə qanunun adını çəkməsə də, kütləvi etirazlar fonunda özünün Telegram kanalında yazıb: "Ukrayna tarixi bizə öyrətdi ki, millət daxili ziddiyyətlərdən parçalandıqda uduzur. Bizim bir ümumi bəlamız, bir düşmənimiz var".
“AzPolitika.info”
— Ahmadov (@BigAhmadov) July 22, 2025



Şərhlər
Zelenski bilir ki, xalq ondan müharibəyə görə hesab sormağa hazırlaşır. Bəlkədə vermiş olduğu bu qərarla gedişini seçimlə rəsmiləşdirib cəzalandırılmaqdan qaçmaq istəyir. Amma ukraynalılar yavaş yavaş ayılırlar ki, onları bu müharibəyə sürükleyen Zelenskinin Qərbə yəni Makronlara aşiqliyindənəndir. O Rusiyanın maraqlarını göz ardı edib, zamansız Makronun qucağında oturanda nəticə də bu olacakdı. Amma əslində Zelenski bu axmaq qərarları ilə ukraynalılara həm də onu seçmelerinin bedelini ödedir.