Menu

Saatlıya yeni prokuror təyin edildi

23.07.2025, 12:18
Saatlıya yeni prokuror təyin edildi

Saatlı rayonu prokuroru Adil Vəliyev vəzifəsindən azad olunub.

Bu barədə baş prokuror Kamran Əliyev Əmr imzalayıb.

Baş prokurorun digər Əmri ilə Elnur Rüstəmov Saatlının yeni prokuroru təyin edilib.

Qeyd edək ki, E.Rüstəmov bu təyinata qədər Prokurorluqda İstintaqa nəzarət idarəsinin rəis müavini, daha əvvəl Füzuli rayonunun prokuroru işləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol