Menu

Ermənistan Zəngəzur dəhlizini ABŞ şirkətinə verməyə razılıq verib? - İspan nəşrindən maraqlı iddia

23.07.2025, 14:13
Ermənistan Zəngəzur dəhlizini ABŞ şirkətinə verməyə razılıq verib? - İspan nəşrindən maraqlı iddia

Ermənistan hökuməti Zəngəzur dəhlizinin idarəçiliyini ABŞ-nin xüsusi hərbi şirkətinə verməyə prinsipial razılıq verib. 

"AzPolitika" xəbər verir ki, bu barədə İspaniyanın "Periodista Digital" nəşri özəl mənbələrə istindla məlumat yayıb.

Məlumata görə, dəhliz “Tramp Körpüsü” adlandırılacaq və 42 kilometrlik bir xətt üzrə Naxçıvanla Azərbaycanın əsas ərazisini birləşdirəcək.  Qeyd olunur ki, təxminən 1000 nəfərlik ABŞ-yə məxsus özəl hərbi şirkətə bölgədə silahdan istifadə ilə bağlı səlahiyyət veriləcək. 

Əlavə edilir ki, Ermənistan dəhlizdən əldə olunan gəlirin yalnız 30%-ni alacaq, qalan 70%-in kimlər arasında bölüşdürüləcəyi isə açıqlanmayıb. Həmçinin Ermənistan ərazisində ABŞ hərbi qüvvələrinin yerləşməsi nəzərdə tutulur, lakin bu qüvvələr rəsmi ABŞ ordusu deyil, özəl hərbi şirkətə məxsus olacaq.

Məlumatlara görə, ABŞ-ın özəl hərbi şirkəti yalnız dəhliz boyunca deyil, həm də İran sərhədi yaxınlığında yerləşəcək. 

"AzPolitika.info"

Şərhlər

B.Kolxozdar 2025-07-23 17:58:07

D.Trampın uzaq Dəhliz Sahibliyinə Putin və Lavrov Cənablarına də sərfəlidir. Ermənistan vətəndaşları da bizlərdən iki-üç dəfə yüksək ödəniş imkanındadırlar. Hansı sual qalır ... KİM quracaq?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol