Məlum olduğu kimi, iyulun 24-ü Mixail Qusman TASS-ın baş direktorunun birinci müavini vəzifəsindən azad edilib. Bununla bağlı Rusiya Baş naziri Mixail Mişustin Sərəncam imzalayıb.
“AzPolitika" xəbər verir ki, “Day.az” informasiya portalında Qusmanın vəzifəsindən azad olunmasının səbəbləri ilə bağlı məqalə dərc olunub.
Bildirilib ki, M.Qusmanın III Şuşa Qlobal Media forumunda Azərbaycan Prezidenti İlham Əliyevə verdiyi sual Rusiya elitasında qıcıq yaradıb: “Rusiya Prezident Administrasiyası rəhbərinin media və ictimaiyyətlə əlaqələrə nəzarət edən birinci müavini Aleksey Qromov onun haqqında kəskin danışıb. Bundan əlavə, TASS-ın baş direktoru Andrey Kondraşov da Qusmana öz narazılığını bildirib”.
Məqalədə, həmçinin Rusiya hakimiyyətində anti-Azərbaycan əhval-ruhiyyəsinin artmasından da bəhs olunub. Bununla yanaşı, Azərbaycanda vəzifədən uzaqlaşdırılan Rusiya təsir şəbəkəsinə də toxunulub.
Yazıda həmin şəbəkənin üzvü olmuş bir neçə şəxsin adı da açıqlanıb. Vurğulanıb ki, 2020-ci ildə Vətən müharibəsi ərəfəsində Rusiyanın ölkədəki təsir dairəsinə qarşı ciddi zərbələr endirildi və şəbəkənin rəhbəri olan Ramiz Mehdiyev, eləcə də ordudakı uzantısının rəhbəri Nəcməddin Sadıkov vəzifədən kənarlaşdırılıdı. Həmin dövr ərzində Əli Həsənov, Əbülfəs Qarayev, Elmar Məmmədyarov, Oktay Əsədov, Azad Rəhimov, Eldar Mahmudov oxşar aqibətlə üzləşdi.

Bu yerdə Milli Məclisin sabiq sədri Oqtay Əsədovun adı da diqqət çəkir. Onun Rusiya şəbəkəsi ilə əlaqələri barədə daha əvvəl hər hansı məlumat ictimailəşməmişdi.
Və bu yaxınlarda bu rusiyayönlü şəbəkənin Azərbaycandakı daha bir üzvü - Azər Qasımov ifşa edildi. Bu kontekstdə bir vaxtlar deputat olmuş, sonradan “yoxa çıxan” Elşad Mirbəşirin adı da xüsusi vurğulanıb, onun Rusiya şəbəkəsinin maraqlarına xidmət etməsindən bəhs edilib.
Onun Rusiya FTX ilə əlaqələri üzə çıxdıqdan sonra o, ictimai arenadan və Sosial Tədqiqatlar Mərkəzindən uzaqlaşdırıldı. Son aylarda “Rus evi” və “Sputnik” kimi strukturların fəaliyyəti də ölkədə məhdudlaşdırılıb.
Məqalədən də göründüyü kimi, Moskvanın Azərbaycana qarşı tutduğu radikal mövqe heç də rəsmi Bakının Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı deyil. Belə ki, ölkəmizdə Rusiya şəbəkəsinə qarşı həyata keçirilmiş tədbirlər şimal qonşumuzun yumşaq desək, xoşuna gəlməyib.
Göründüyü kimi Kremli qəzəbləndirən əsas faktor Azərbaycanda Rusiya şəbəkəsinə qarşı görülən ardıcıl tədbirlərdir.
Bütün bunlar dövlətimizin Rusiya da daxil olmaqla xarici ölkə agenturalarına qarşı apardığı tədbirlərin effektini göstərməklə zamanlamanın düzgünlüyünü ortaya qoyur. Əgər bir neçə il əvvəl Rusiya agenturasına qarşı bu tədbirlər həyata keçirilməsəydi, onların ölkədə hansı təxribatlar törədəcəyi, nə kimi fəaliyyətlər göstərəcəyini təxmin etmək heç də çətin olmazdı.

Şərhlər
Məmurların hamısı rus agentləridir. Millət vəkilləri də həmçinin
Azərbaycan çadır dövləti deyildir...
Azərbaycan Konstitusiyası: Maddə 63. Təqsirsizlik prezumpsiyası_I. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.
II. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.
III. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir.
IV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz.
V. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz.
Milli meclisin yeni xanim sedri onu da 5 ilden sonra ifsa edecekler yeqin ki
niye azadliqfdadilar ?
Bu yazılanlar doğrudursa niyə bu adamlar hələ də azadlıqdadır? Hamısı oyundur, özləri oynayırlar.
Allah cenab Prizdenti qorusun ki Ramiz Mehdiyev kim Rusbasi temizledi davam elemelidi coxdula rusbaslar
O Elsad Mirbesire bax gedib basini baslara qosub a kisi sen boyuk baliqlar arasinda kicik bicoksan
Ataların: Örtülü (separat) *bazar* Dostluğu Pozarmış? kəlamı yada düşür! R.Mehdiyevi, O.Əsədovu, E.Mahmudovu, A.Rəhimovu, E.Məmmədyarovu, Ə.Qarayevi, Ə.Həsənovu, Ə.Mirbəşirlini, N.Sadıkovu yaxın SORATnikləri Azərbaycan hakimiyyətinə Kreml yeridib....
bunlara ne ad vermek olar veten xaini satqin bu ne demekdir bu vetenin coreyini ye milyardlara sahib ol satqinliq ele