Astara rayonunda qadın qətlə yetirilib.

"AzPolitika" xəbər verir ki, hadisə rayonun Kakolos kəndində gecə saatlarında baş verib qeydə alınıb

Belə ki, 1970-cı il təvəllüdlü Xalidə Manafova çoxsaylı bıçaq xəsarətləri qətlə yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən qadının gəlini, 2004-cü il təvəllüdlü Ruhanə İmanovanın yeri müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

“Qafqazinfo”-ya qətlin bəzi detalları da məlum olub.

Məlumata görə, ötən gecə bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılan Xalidə Manafovanın yaxınları onun öz-özünə zərbələr endirdiyini deyiblər.

Lakin qısa vaxt sonra qadının intihar etmədiyi, ona qəsdən xəsarətlərin yetirildiyi müəyyənləşib. Bundan sonra hadisədə şübhəli bilinən X.Manafovanın gəlini Rufanə İntiqam qızı İmanova polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin araşdırmalarla qətl hadisəsinin ailə-məişət münaqişəsi zəminində törədildiyi müəyyənləşib.

Araşdırmalar davam etdirilir.