Menu

"Bakı Metropoliteni"ndə rəislər işdən çıxarıldı - 4 ay əvvəl təyin edilmişdilər

04.08.2025, 13:50
"Bakı Metropoliteni"ndə rəislər işdən çıxarıldı - 4 ay əvvəl təyin edilmişdilər

"Bakı Metropoliteni" Qapalı Səhimdar Cəmiyyətində (QSC) iki departament rəisi vəzifəsindən azad edilib.

"Qaynarinfo"-nun məlumatına görə, QSC-nin Maliyyə departamentinin Asəf İsgəndərli və Təchizat Departamentinin rəisi Tərlan Həsənli işdən çıxarılıb.

Onlar naməlum səbəblərdən "Bakı Metropoliteni" QSC-nin sədri Vüsal Aslanovun müvafiq əmri ilə vəzifələrindən azad ediliblər.

Qeyd edək ki, müxtəlif dövlət və özəl qurumlarda çalışmış Asəf İsgəndərli və Tərlan Həsənli bu ili mart ayında sözügedən vəzifəyə təyin olunmuşdular.

Məsələ ilə bağlı "Bakı Metropoliteni"QSC-yə sorğu ünvanlasaq da xəbər nə təsdiq, nə dəki inkar edilməyib. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol