Menu

Ukrayna "Saki" aerodromuna hücum edib - Rusların xeyli sayda qırıcısı zərər görüb

04.08.2025, 15:03
Ukrayna "Saki" aerodromuna hücum edib - Rusların xeyli sayda qırıcısı zərər görüb

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) xüsusi təyinatlı “A” qrupu bu gecə işğal altında olan Krımın “Saki” hərbi aerodromuna dron hücumu həyata keçirib. 

"SBU"-nun rəsmi "Telegram" kanalından verilən məlumata görə, hücum nəticəsində aerodromda yerləşən aviasiya silahları anbarı zərər görüb. Bundan əlavə, bir "Su-30SM" qırıcısı məhv edilib, digər bir qırıcı isə zədələnib. Həmçinin üç "Su-24" təyyarəsi də vurulub.

Qeyd olunub ki, tək bir "Su-30SM" təyyarəsinin qiyməti orta hesabla 35–50 milyon ABŞ dolları arasındadır.

“SBU-nun Saki aerodromundakı uğurlu əməliyyatı düşmənin işğalçı müharibə aparmaq imkanlarını zəiflətməkdə növbəti addımdır. İşğalçılar unutmamalıdırlar ki, bizim torpağımızda heç vaxt özlərini təhlükəsiz hiss etməyəcəklər", – deyə açıqlamada qeyd olunub.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol