Menu

Ermənistanda baş yepiskopun işi məhkəməyə göndərildi

04.08.2025, 15:56
Ermənistanda baş yepiskopun işi məhkəməyə göndərildi

Ermənistanda Şirak yeparxiyasının rəhbəri, baş yepiskop Mikael Ajapaxyanın işi məhkəməyə göndərilib.

“AzPolitika” xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Baş Prokurorluğu yerli mediaya təsdiqləyib.

Bildirilib ki, baş yepiskop bir il əvvəl verdiyi müsahibəsində hökuməti devirməyə çağırış etdiyinə görə cinayət məsuliyyətinə cəlb olunub. Həmin müsahibədə Mikael Ajapaxyan açıq şəkildə ölkədə “hakimiyyət dəyişikliyinin zəruri olduğunu” bəyan edib.

Qeyd edək ki, bu məsələ ilə bağlı iyulun 30-da Ermənistanın Apellyasiya Məhkəməsi qərar çıxarıb və yepiskopun həbsdən azad olunması ilə bağlı müdafiə tərəfinin müraciətini rədd edib.

Bununla da Mikael Ajapaxyan barədə başlanmış cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək. Məsələ Ermənistan cəmiyyətində və kilsə strukturlarında ciddi rezonans doğurub.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol