"Araz-Naxçıvan" və "Sabah"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri dəqiqləşib.

Bu, İsveçrənin Nyon şəhərində təşkil olunan püşkatma mərasimində bəlli olub.

Bakı təmsilçisi III təsnifat mərhələsində Bolqarıstanın "Levski" (Sofiya) kollektivini mübarizədən kənarlaşdırsa, "AZ Alkmaar" (Niderland) - "Vaduts" (Lixtenşteyn) cütünün qalibi ilə, Naxçıvan kollektivi isə III təsnifat mərhələsində Bolqarıstanın "Omoniya" (Kipr) klubuna qalib gələrsə, , Avropa Liqasında PAOK (Yunanıstan) - "Volfsberger" (Avstriya) cütünün məğlubu ilə üz-üzə gələcək.

Qeyd edək ki, bu raundun ilk oyunları avqustun 21-də, cavab görüşləri avqustun 28-də olacaq.