Menu

Belarus Polşaya nota verib

05.08.2025, 12:01
Belarus Polşaya nota verib

Polşanın müvəqqəti işlər vəkili Kişitof Ojanna Belarus Xarici İşlər Nazirliyinə çağırılıb və ona rəsmi nota təqdim edilib.

APA BELTA-ya istinadən xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyi məlumat yayıb.

Diplomatdan 9–10 avqust tarixlərində Varşavada Belarus əleyhinə keçiriləcək kütləvi etiraz aksiyasının yolverilməzliyi ilə bağlı xəbərdarlığın Polşaya çatdırılması tələb edilib.

Eyni zamanda, bu cür tədbirlərin iki ölkə arasında normal münasibətlərin və dialoqun formalaşmasına ciddi maneə yaratdığı qeyd olunub.

Şərhlər

Roma 2025-08-05 19:27:02

Yaxşı ki, Batka bizə nota verməyib, Polşanın vay halına, Batka nə Trampdı nə də Putin birbaşa nokauta salır adamı...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol