Menu

ABŞ hökuməti bu qrup barədə məlumat verənlərə 10 milyon mükafat təyin etdi

05.08.2025, 13:20
ABŞ hökuməti bu qrup barədə məlumat verənlərə 10 milyon mükafat təyin etdi

ABŞ İrana bağlı hakerlər barədə məlumat üçün mükafat təyin edib.

Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Məlumatda “Şəhid Şuşteri” adlı haker qrupu barədə məlumat verənə 10 milyon dollara qədər mükafat təklif edildiyi bildirilib.

Paylaşımda qeyd olunub:“Bu qrupun bir çox adı var, ancaq bir neçə ünvan məlumdur. Əgər əlavə ünvan və ya məlumatlara sahibsinizsə, bizimlə paylaşın”.

ABŞ rəsmilərinə görə, əvvəlki adı “İmennet Pasargad” olan bu qurumun əməkdaşları telekommunikasiya, enerji, nəqliyyat və maliyyə sektorları da daxil olmaqla kritik infrastruktura qarşı kiberhücumlar təşkil ediblər.

Təxminən dörd il əvvəl FTB də bu qrup barədə xəbərdarlıq edərək, özəl sektoru mümkün təhlükələrə qarşı tədbir görməyə çağırmışdı. ABŞ kəşfiyyat orqanları bu qrupu ciddi təhlükə kimi qiymətləndirir. 

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol