Menu

"NATO-nun müttəfiqləri Ukraynanı silahlandırmaq üçün bir milyard dollar ayırıblar" - Rutte

05.08.2025, 22:23
"NATO-nun müttəfiqləri Ukraynanı silahlandırmaq üçün bir milyard dollar ayırıblar" - Rutte

NATO müttəfiqləri (Danimarka, Niderland, Norveç və İsveç) Ukrayna üçün ABŞ silahlarının alınması məqsədilə bir milyard dollardan çox vəsait ayırıb.

“Report” xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Mən NATO-nun koordinasiyası ilə müttəfiqlərin (Danimarka, Niderland, Norveç və İsveç) Ukrayna üçün Amerika silahlarının alınması üçün 1 milyard dollardan çox vəsaitin ayrılmasını alqışlayıram. Bu dəstək insanların həyatını xilas etmək, Ukraynanın özünü müdafiəsi, həmçinin ədalətli və davamlı sülhə nail olmaq üçün vacibdir", - o bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol