Menu

Ukrayna və Belarus ortaq telekanal yaradır

21.12.2014, 21:35
Ukrayna və Belarus ortaq telekanal yaradır

Ukrayna və Belarus birgə telekanal yaratmaq haqda razılığa gəlib. Musavat.com-un “BelTA”ya istinadən verdiyi məlumata görə, bu barədə Kiyevdə iki ölkənin prezidentləri – Pyotr Poroşenko və Aleksandr Lukaşenko razılığa gəliblər.

“Bizdə belə təcrübə artıq var. Bizim kanallarla birgə üç və ya dörd Rusiya kanalı işləyir. Niyə də Ukrayna ilə belə ortaq əməkdaşlıq yaradılmasın”, - deyə Lukaşenko qeyd edib.

Öz növbəsində Poroşenko bildirib ki, artıq informasiya siyasəti nazirinə məsələ ilə bağlı müvafiq tapşırıq verib. “Biz çoxdan deyirik ki, belaruslar müxtəlif nöqteyi-nəzərləri bilmək haqqına malikdir. Və heç də pis olmazdı ki, Ukraynanın informasiya kanallarından birinin Belarus ərazisində yayımlanmaq hüququ olaydı” – deyib Poroşenko.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol