Menu

Polkovnik Rauf Əsədov vəfat etdi

06.08.2025, 21:59
Polkovnik Rauf Əsədov  vəfat etdi

Ədliyyə Nazirliyinin Pentensiar xidmətinin Mühafizə Alayının komandiri polkovnik Rauf Əsədov vəfat edib.

Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Rauf Əsədov 1999-cu ildən Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Mühafizə Alayında müxtəlif vəzifələrdə, 2019-cu ildən etibarən Mühafizə Alayanın komandiri vəzifəsində çalışıb, məsuliyyətli və peşəkar fəaliyyəti ilə fərqlənib.

2025-ci ilin 20 iyun tarixində ədliyyə nazirinin müvafiq əmri ilə nümunəvi xidmət etdiyinə və hərbi xidmət vəzifələrini yerinə yetirdiyinə görə ona vaxtından əvvəl polkovnik rütbəsi verilib.

Ədliyyə Nazirliyinin rəhbərliyi və kollektivi Rauf Əsədovun vəfatından kədərləndiklərini bildirir və ailəsinə başsağlığı verirlər.

Xatırladaq ki, Rauf Əsədov ötən gün infarkt keçirmiş və xəstəxanaya yerləşdirilmişdi.

Şərhlər

Səbuhi 2025-08-07 10:22:33

ALLAH rəhmət eləsin RUHU ŞAD OLSUN. Heyif Səndən

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol