ABŞ Prezidenti Donald Tramp gələn həftə rusiyalı həmkarı Vladimir Putinlə görüşməyi planlaşdırır.
"AzPolitika" xəbər verir ki, bu barədə “The New York Times” öz mənbələrinə istinadən yazıb.
Nəşrin məlumatına görə, Tramp ilk mərhələdə Putinlə təkbətək danışıqlar aparmağı planlaşdırır. Daha sonra isə Ukrayna Prezidenti Vladimir Zelenskinin də qatılacağı üçtərəfli görüşün təşkili nəzərdə tutulur.
Məlumatda bildirilir ki, Tramp çərşənbə günü Avropa liderləri və Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı zamanı planlarını açıqlayıb. Söhbətə, həmçinin Böyük Britaniyanın baş naziri Kir Starmer, Almaniya kansleri Fridrix Mers, NATO-nun Baş katibi Mark Rutte, həmçinin ABŞ-nin vitse-prezidenti Cey Di Vens, dövlət katibi Marko Rubio və Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff da daxil olub.
Görüşlərin məqsədi barədə hələlik rəsmi açıqlama verilməyib. Lakin müşahidəçilər Trampın bu təşəbbüsünü Rusiya-Ukrayna müharibəsinin diplomatik yolla həllinə yönəlmiş yeni cəhd kimi qiymətləndirirlər.
Trampın Uitkofun Putinlə ğörüşünün yekunlarına və əldə olunan razılaşmaya dair bəyanatla çıxış edəcəyi də gözlənir.
Rasim
"AzPolitika.info"

Şərhlər
Təssüf ki, çoxları Trampı Rusiya Ukrayna məsələsində qeyri ciddi və bacarıqsız zann edirlər. Amma sanmıram. Tramp ağıllı adamdır və o Putinin də kim olduğunu qayət iyi bilir. Putin bu yaxında açıq açığına söylədi ki, Rusiya yox olarsa, bütün dünya yox olar". Bunun da nə demək olduğunu hər birimiz, o cümlədən də Tramp gözəl bilir. Onu da yaxşı bilir ki, Rusiyanı iqtisadi qısıtlamalarla da şökdürə biləməyəcək. Çünki, o metodu 45 ildən artıqdır İrana uyğuladılar. Amma İran yaşadı və Uranın zənginləşdirməsinə kimi gəlib çıxdı. Hansı ki, Rusiya coğrafi ərazisinə, əhalisinə və təbii sərvətlərinə görə İrandan çox, -çox öndədir. Üçüncüsü də Tramp danyada baş verənlərə tək cavabdeh deyil. Amma buna qarşılıq Amerika özünü dünyanın tək sahibi görüntüsünü yaratmaqdan da vaz keçmir. Çünki, görür ki, digər Avropa ölkələri sadəcə bu məsələlərdə boş- boş qonuşmağı bilirlər. Ona görə də indiki halda Rusiyanı küçümsəmək sadəcə onu küçümsəyənlərə bir yalançı rahatlıq gətirər və bu da çox təhlükəli amildir. O Rusiya ki, 3,5 ildir Ukraynada Amerika başda olmaqla 59 Qərb ölkəsinə qarşı tək başına dirəniş göstərir. Həmişə demişik və bir daha da qeyd edirik ki, Rusiya keçmiş SSRİ kimi içdən dağlmalıdır. Əks halda ona təhdid keçməz və bir daha da təkirar edirəm, Tramp da bunu gözəl bilir. Və bir də regoonun dövlət başçılarından Azərbaycanın Dövlət Başçısı bilir və bu səbəbdən də Rusiya ilə bəzi qabarmalar istisna siyasətini çox gözəl qurur. Bu qabarmalar da təbiidir və bunun da nəticəsi yaxın zamanda üzə çıxacaqdır.
Putin Ərdoğanın sülh təşəbbüslərini iqnor etmək üçün bu addımı atır. Bu görüşün isə nəticəsi olmayacaq. Çünki ruslar bunu başa düşməz və bu vəziyyətdə sülhü Putinə bağışlamazlar. Putin cəbhədə tam təşəbbüsü ələ almayanadək sülh barədə hər hansı görüşlərin nəticəsi olmayacaq.