Avqustun 12-nə keçən gecə Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarına məxsus təlim bölmələrindən birinə raket zərbəsi endirib.
Bu barədə Ukrayna Quru Qoşunlarının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, raket təhlükəsi siqnalı daxil olduqdan dərhal sonra şəxsi heyət xəbərdar edilib. Təhlükəsizlik tədbirlərinə baxmayaraq, hərbçilər sığınacaqlara yönləndirilərkən bir qrup hərbçi kasetli sursatın zərbə radiusuna düşüb.
Məlumata görə, hadisə nəticəsində 1 nəfər həlak olub, 11 hərbçi müxtəlif dərəcəli xəsarətlər alıb. Daha 12 hərbçi də travma səbəbindən xəstəxanaya yerləşdirilib.
Qeyd olunub ki, hərbi personalın həyat və sağlamlığını qorumaq üçün təlim mərkəzləri, poliqonlar və digər hərbi obyektlərdə möhkəm sığınacaqların inşası davam etdirilir, həmçinin raket hücumları zamanı təhlükəsizlik tədbirləri gücləndirilir.
"AzPolitika.info"

Şərhlər