Menu

Türkiyədə atışma zamanı doqquz nəfər yaralanıb

12.08.2025, 22:05
Türkiyədə atışma zamanı doqquz nəfər yaralanıb

Türkiyənin Qaziantep vilayətində aralarında mübahisə yaşanan iki qrup arasında atışma olub.

"Report" "Haber Global"a istinadən xəbər verir ki, hadisə Şahinbey rayonunda qeydə alınıb.

Hadisə nəticəsində 9 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, onlardan üçünün vəziyyəti ağırdır.

Hadisə ilə bağlı araşdırma başlanıb, bir neçə nəfər şübhəli şəxs qismində saxlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol