Menu

"Görüş məhsuldar keçib" - Zelenski

14.08.2025, 16:37
"Görüş məhsuldar keçib" - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Keir Starmer ilə apardığı dialoq barədə məlumat verib.

APA xəbər verir ki, Zelenski bununla bağlı özünün sosial şəbəkə hesabında paylaşım edib.

O, Britaniya Baş naziri ilə söhbətini məhsuldar adlandırıb və Ukrayna ordusuna hərbi dəstəyin davam etdirilməsinin detallarını müzakirə edildiyini deyib.

İki ölkə arasında yüz illik əməkdaşlıq razılaşması haqqında fikir mübadiləsi aparılıb.

Zelenskinin bildirdiyinə görə, Zelenski sözügedən razılaşmanın avqust ayı ərəzində ratifikasiya olunacağını xəbər verib.

Britaniyanın Ukraynada dron istehsalına investisiyası haqqında da söhbət aparılıb.

Zelenski göstərilən dəstəyə görə Starmerə təşəkkür edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol