Menu

Dünənki oyunda rusiyalı azarkeş vəfat edib

26.11.2026, 09:37
Dünənki oyunda rusiyalı azarkeş vəfat edib

Bakıda UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçirilən “Sabah” – “Barselona” qarşılaşmasını izləmək üçün Rusiyadan Azərbaycana gələn azarkeş stadionda vəfat edib.

“AzPolitika” “Teleqraf”a istinadən xəbər verir ki, hadisə oyunun ikinci hissəsində Bakı Olimpiya Stadionunda qeydə alınıb.

Qarşılaşmanı tribunadan izləyən Rusiyanın Krasnoyarsk diyarından Bakıya gəlmiş 1987-ci il təvəllüdlü Anton Aleksandroviç Petrişevin qəfil halı pisləşib. O, stadionda dünyasını dəyişib.

Mərhumun meyiti müayinə üçün morqa təhvil verilib.

İlkin ehtimala görə, azarkeşin ölümünə ürək tutması səbəb olub.

Faktla bağlı araşdırma aparılır

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol