Menu

Şəhid mayorun anası vəfat etdi - FOTO

15.08.2025, 22:25
Şəhid mayorun anası vəfat etdi - FOTO

Lokal antiterror tədbirləri zamanı şəhid olan mayor Elxan Nəcəfinin anası Afət Nəcəfi vəfat edib.

Bu barədə sosial şəbəkədə məlumat verilib. O, bu gün 62 yaşında öz doğum günündə dünyasını dəyişib.

Qeyd edək ki, Elxan Nəcəfinin atası Şükür Nəcəfi Birinci Qarabağ müharibəsi zamanı - 1993-cü ildə Ağdam döyüşləri zamanı şəhid olub.

Elxan Nəcəfi isə Vətən Müharibəsi zamanı Füzuli, Cəbrayıl, Qubadlı və Laçın uğrunda gedən döyüşlərdə iştirak edib.

Qəhrəman mayor 20 sentyabr 2023-cü il tarixində antiterror tədbirləri zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub.


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol