Menu

Putindən Alyaskada sürpriz ziyarət - FOTOLAR

16.08.2025, 10:47
Putindən Alyaskada sürpriz ziyarət - FOTOLAR

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Tramp ilə görüşündən dərhal sonra Alyaskada İkinci Dünya müharibəsində həlak olan sovet əsgərlərinin məzarlarını ziyarət edib.

Kremlin yaydığı məlumata görə, Putin Ankoric yaxınlığındakı Fort Riçardson Hərbi Qəbiristanlığına gedərək müharibə zamanı həyatını itirən sovet pilot və dənizçilərinin məzarlarına gül qoyub. Həmin əsgərlərin ABŞ-nin “Lend-Liz” (Əvəzsiz yardım və icarə) proqramı çərçivəsində müttəfiqlərə hərbi sursat daşıyarkən öldüyü qeyd olunub.

Ziyarət zamanı Putin bölgədəki pravoslav din xadimlərindən biri ilə qısa söhbət də edib. 

Mərasim başa çatdıqdan sonra Rusiya lideri Alyaskanı tərk edib.

"AzPolitika.info"



Şərhlər

Adsız 2025-08-16 15:23:55

Hər gün yüzlərlə insanın həyatını məhv edir sonra da gedib 80 il bundan öncə ölmüş əsgərlərin qəbrini ziyarət edir..... guya bu da adamdır?!?!...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol