Alyaskada ABŞ Prezidenti Donald Tramp ilə görüşdən əvvəl Rusiya Prezidenti Vladimir Putin xarici işlər naziri Sergey Lavrov barədə ironik zarafat edib.
Hadisə barədə rusiyalı təbliğatçı Pavel Zarubin məlumat verib.
Sammitdən bir neçə dəqiqə əvvəl ABŞ dövlət katibi Marko Rubio Lavrovun geyiminə işarə edərək “köynəyiniz xoşuma gəldi” deyib. Putin əvvəlcə bu sözləri anlamasa da, Lavrov izah edib ki, söhbət onun Alyaskaya “SSRİ” yazılı sviterlə gəlməsindən gedir. Buna cavab olaraq Putin zarafatla Lavrovu “imperialist” adlandırıb.
Rubio gülümsəyərək başını aşağı salıb, Rusiya nümayəndə heyəti isə dərhal süni gülüş göstərib.
Həmin görüntüləri təqdim edirik:

Şərhlər
Bəli siyasət bu. Bəzən dildən çox, duruşlar, üzdəki mimikalar, hərəkətlər, salamlaşmalar, geyimlər danışar. Ona görə də deyərdim ki, Putinin Alyaska görüşümdə bütün bu sadalananlar onun dilindən çox danışdı və bütün düşündüklərini ifadə etmiş oldu.. Lavrovun geyindiyi köynək isə, Putinin əsil hədəfini ortaya qoymuş oldu. Lakin sanmıram onun bu hədəfə ulaşmasına ömürü vefa etsin. İkincisi isə, putulkadan çıxan cin artıq putulkaya geri qaytarıla bilməz, ona görəki onun artıq artıq 35 yaşı var, yəni çox böyüyüb. Amma ABŞ-in dövlet katibi Markonun sualina Putin bir sözlə nöqtəni qoyur.