Menu

Tramp ABŞ-də Avropa ölkələrinin liderləri ilə görüşündən gözləntilərini bölüşüb

18.08.2025, 18:24
Tramp ABŞ-də Avropa ölkələrinin liderləri ilə görüşündən gözləntilərini bölüşüb

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Avropa ölkələrinin liderləri ilə planlaşdırılan görüşündən gözləntilərini bölüşüb.

Bu barədə Tramp “X” hesabında yazıb.

"Ağ Evdə vacib gün. Biz heç vaxt bu qədər Avropa liderini eyni vaxtda qəbul etməmişdik. Bu, ABŞ üçün böyük şərəfdir!!! Gəlin görək nəticələr necə olacaq???", - o qeyd edib.

Daha əvvəl ABŞ Prezidentinin ukraynalı həmkarı Volodimir Zelenski ilə də görüşəcəyi barədə məlumat verilmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol