Şəkiyə yeni prokuror təyin edilib.

“AzPolitika” xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev Əmr imzalayıb.

Əmrə əsasən, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin rəisi - idarə rəisinin müavini Anar Nəsibov Şəki rayon prokuroru vəzifəsinə təyin olunub.

Anar Nəsibov

Bununla yanaşı, Sabirabad rayon prokuroru Fəxrəddin Pənahov vəzifəsindən azad edilib.

Baş prokuror Kamran Əliyev Əmr Əmrlə Fəxrəddin Pənahov Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin rəisi - idarə rəisinin müavini vəzifəsinə təyinat alıb.

Şəki rayon prokuroru vəzifəsini icra edən Mehman Xankişiyev Sabirabad rayon prokuroru təyin olunub.