"Bakı Metropoliteni”nin Müşahidə Şurasının tərkibi dəyişib.

Şuraya sədrlik Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) icraçı direktoru Şahin Babayevə həvalə olunub.

Şuranın üzvləri isə "AZCON Holding"in icraçı direktorunun müavini Vüqar Mirzəzadə və holdinqin baş maliyyə inzibatçısı - Maliyyə departamentinin direktoru Taylan Tekeli seçiliblər.

Xatırladaq ki, "Bakı Metropoliteni”nin Müşahidə Şurası 2021-ci ildə yaradılıb. Şuranın keçmiş tərkibi aşağdakı şəxslər idi:

Rəşad Nəbiyev – Rəqəmsal inkişaf və nəqliyyat naziri

Rəhman Hümmətov – rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini

Məmməd Abbasbəyli – İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi

Günel Cavadova – Azərbaycan İnvestisiya Holdinqinin Hüquqi təminat və dövlət qurumları ilə əlaqələndirmə departamentinin müdiri

Vüqar Məcidli – Maliyyə Nazirliyi Aparatının İqtisadi sah