Menu

Nazir ETX-nin rəisini işdən çıxardı - Yerinə Zeynalovu təyin etdi + FOTOLAR

21.08.2025, 21:33
Nazir ETX-nin rəisini  işdən çıxardı - Yerinə Zeynalovu təyin etdi + FOTOLAR

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə (ETX) yeni rəhbər təyin edilib.

"AzPolitika" "Qaynarinfo"ya istinadən xəbər verir ki, DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktor müavini Fərid Zeynalov vəzifəsindən azad edilərək ETX-yə rəis gətirilib.Elektron Təhlükəsizlik Xidmətinin sabiq rəisi Rəsulov Samir Germanoviç isə müvafiq əmrlə vəzifəsindən azad olunub.

Qeyd edək ki, Fərid Zeynalov 2014-cü ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində sektor müdiri, 2019-cu ildən isə E-xidmətlər və innovasiyalar şöbəsinin müdiri olub.

Fotoda: Fərid Zeynalov

Bakupost.az

Fotoda:Samir Rəsulov

Bakupost.az

Şərhlər

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol