Menu

KAZIMOVDAN YENİ TƏYİNAT - Gülzar Tahirova direktor təyin olundu

25.08.2025, 21:22
KAZIMOVDAN YENİ TƏYİNAT -  Gülzar Tahirova direktor təyin olundu

Azərbaycan Mərkəzi Bankının Tədqiqatlar departamentinə yeni direktor təyin edilib.

"AzPolitika" "Banker.az"a istinadən xəbər verir ki, AMB sədri Taleh Kazımovun əmri ilə bu vəzifəyə Gülzar Tahirova İslam qızı təyin edilib.

Buna qədər bu vəzifə vakant idi. G.İ.Tahirova isə 2022-ci ilin aprelində bu departamentdə dirktor müavini kimi çalışırdı. Tahirova 16 ildir Mərkəzi Bankda çalışır.

Xatırladaq ki, Tədqiqatlar departamentinin fəaliyyətinin əsas məqsədi ölkədə makroiqtisadi sabitliyin və maliyyə sabitliyinin təmin olunması, habelə ölkənin sosial-iqtisadi inkişafının dəstəklənməsi istiqamətində fundamental tədqiqatlar aparmaq, effektiv pul siyasətinin formalaşmasına və həyata keçirilməsinə imkan verən tədqiqat bazasının inkişafını və genişlənməsini təmin etməkdir. Onun sturukturunda 4 şöbə var. Bunlar Makroiqtisadi tədqiqatlar şöbəsi; Modelləşdirmə və proqnozlaşdırma şöbəsi; Mikroiqtisadi tədqiqatlar şöbəsi və Beynəlxalq iqtisadiyyat şöbəsidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol