ABŞ Prezidenti Donald Trampın dünən keçirdiyi mətbuat konfransında maraqlı hadisə yaşanıb.
Mətbuat konfransı zamanı jurnalistlərdən biri Trampdan ABŞ hökumətinin "Intel" şirkətinin bir hissəsini satın alması barədə qərarı soruşarkən arxadan gurultulu telefon zəngi eşidilib. O, çıxışı zamanı telefonu çalan yüksək vəzifəl Ağ Ev əməkdaşına otaqdan çıxmağı əmr edib.
Tramp əsəbiləşərək, “Salam, kimsiniz?… Otağı tərk edin!” deyib.
Daha sonra həmin şəxsin Ağ Evin xüsusi katibi Uill Şarf olduğu məlum olub.
"AzPolitika.info"

Şərhlər