Bakı Ali Neft Məktəbi (BANM) 2025-2026-cı il qəbul nəticələrini açıqlayıb və məlum olub ki, ölkədə yüksək bal toplayan abituriyentlər arasında BANM ən çox seçilən universitet olub.
Belə ki, yalnız BANM-da bütün dövlət sifarişli yerlərin keçid balı 600-dən yuxarı olub. Eyni zamanda universitetdə dövlət sifarişi üzrə 600+ bal toplayan abituriyent sayı 340 nəfər təşkil edib:
- 690+ bal: 13 nəfər;
- 680+ bal: 32 nəfər;
- 670+ bal: 55 nəfər;
- 660+ bal: 55 nəfər;
- 650+ bal: 44 nəfər;
- 640+ bal: 32 nəfər;
- 630+ bal: 27 nəfər;
- 620+ bal: 31 nəfər;
- 610+ bal: 32 nəfər;
- 600+ bal: 14 nəfər.
İxtisaslar və dövlət sifarişli keçid ballara gəlincə BANM-da bu il dövlət sifarişi üzrə ən yüksək balı tələb edən ixtisaslar bunlardır:
- İnformasiya təhlükəsizliyi - 681 bal;
- Kompüter elmləri - 672.8 bal;
- Kimya mühəndisliyi - 668 bal;
- Kompüter mühəndisliyi - 662.2 bal;
- Data analitikası - 658.1 bal, ödənişli əsaslaral 623 bal;
- Neft-qaz mühəndisliyi - 657.3 bal;
- Maliyyə - 653.2 bal;
- Proseslərin avtomatlaşdırılması mühəndisliyi - 643 bal;
- Biznesin idarə edilməsi - 609.8 bal.
Qeyd edək ki, həmçinin II qrup üzrə ən yüksək keçid balına malik yeni ixtisas BANM-ın Maliyyə ixtisası olub — 653 bal.
"AzPolitika.info"

Şərhlər