Menu

ABŞ Dövlət Departamenti NATO-ya “Sidewinder” raketlərinin satışını təsdiqləyib

28.08.2025, 09:14
ABŞ Dövlət Departamenti NATO-ya “Sidewinder” raketlərinin satışını təsdiqləyib

ABŞ Dövlət Departamenti NATO-nun Dəstək və Təchizat Agentliyinə (NSPA) ümumilikdə 103,9 milyon dollar dəyərində AIM-9X “Sidewinder” raketlərinin və müvafiq avadanlıqların satışını təsdiqləyib.

APA xəbər verir ki, bu barədə avqustun Müdafiə Əməkdaşlıq Agentliyinin (DSCA) saytında məlumat verilib.

“Dövlət Departamenti AIM-9X “Sidewinder” raketlərinin və müvafiq avadanlığın NATO-nun Dəstək və Təchizat Agentliyinə 103,9 milyon dollara satışını təsdiqləmək barədə qərar qəbul edib”, - məlumatda deyilir.

Bundan əlavə, satış F-35 qırıcıları üçün hava-hava raketləri və istiqamətləndirmə sistemləri təmin etməklə NATO-nun cari və gələcək təhdidlərə qarşı mübarizə qabiliyyətini təkmilləşdirəcək ki, bu da alyansın müdafiə imkanlarını gücləndirəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol