Bu gün Monakoda UEFA Çempionlar Liqasının əsas mərhələsinin püşkatması keçiriləcək.

"AzPolitika" xəbər verir ki, Bakı vaxtı ilə saat 20:00-da təşkil olunacaq tədbirdə Azərbaycan çempionu “Qarabağ”ın da rəqibləri bəlli olacaq.

Püşkatmadan əvvəl turnirin əsas mərhələsinə vəsiqə qazanan 36 komanda 4 səbət üzrə bölgüyə salınıb. Qurban Qurbanovun rəhbərlik etdiyi “Qarabağ” IV səbətdə yer alıb.

I səbət: PSJ (Fransa), “Real” (İspaniya), “Mançester Siti” (İngiltərə), “Bavariya” (Almaniya), “Liverpul” (İngiltərə), “İnter” (İtaliya), “Çelsi” (İngiltərə), “Borussiya Dortmund” (Almaniya), “Barselona” (İspaniya).

II səbət: “Arsenal” (İngiltərə), “Bayer 04” (Almaniya), “Atletiko” (İspaniya), “Benfika” (Portuqaliya), “Atalanta” (İtaliya), “Vilyarreal” (İspaniya), “Yuventus” (İtaliya), “Ayntraxt Frankfurt” (Almaniya), “Brügge” (Belçika).

III səbət: “Tottenhem” (İngiltərə), PSV (Niderland), “Ayaks” (Niderland), “Napoli” (İtaliya), “Sportinq” (Portuqaliya), “Olimpiakos” (Yunanıstan), “Slaviya Praqa” (Çexiya), “Bodo/Qlimt” (Norveç), “Marsel” (Fransa).

IV səbət: “Kopenhagen” (Danimarka), “Monako” (Fransa), “Qalatasaray” (Türkiyə), “Union Sen-Jiluaz” (Belçika), “Qarabağ” (Azərbaycan), “Atletik Bilbao” (İspaniya), “Nyukasl” (İngiltərə), “Pafos” (Kipr), “Kayrat” (Qazaxıstan).

Qeyd edək ki, püşkatmada iştirak edəcək komandalar arasında  “Real Madrid” – 1,40 milyard avro ilə ən yüksək heyət dəyərinə sahibdir. Onu “Arsenal” (1,37 milyard €), “Mançester Siti” (1,25 milyard €) və PSJ (1,19 milyard €) izləyir. Daha sonra “Barselona” və “Çelsi”-də  – hər biri 1,12 milyard avroluq heyət dəyəri ilə ön sıradadır.

“Qarabağ” isə 25,08 milyon avro ilə siyahının sonlarında yer alır.

Digər klubların heyət dəyəri belədir:

1. "Real Madrid" – 1.40 milyard €;

2. "Arsenal" – 1.37 milyard €;

3. "Manchester City" – 1.25 milyard €;

4. "Paris Sen-Jermen" – 1.19 milyard €;

5. "Barselona" – 1.12 milyard €;

6. "Çelsi" – 1.12 milyard €;

7. "Liverpul" – 1.05 milyard €;

8. "Bavariya" – 857.50 milyon €;

9. "Tottenhem" – 832.10 milyon €;

10. "Nyukasl Yunayted" – 717.05 milyon €;

11. "İnter" – 708.30 milyon €;

12. "Atletiko Madrid" – 603.80 milyon €;

13. "Yuventus" – 546.70 milyon €;

14. "Napoli" – 456.85 milyon €;

15. "Sportinq" – 450.80 milyon €;

16. "Bayer Leverkuzen" – 439.75 milyon €;

17. "Atalanta" – 439.10 milyon €;

18. "Borussiya Dortmund" – 418.10 milyon €;

19. "Monako" – 411.50 milyon €;

20. "Atletik Bilbao" – 367.40 milyon €;

21. "Ayntraxt Frankfurt" – 336.40 milyon €;

22. "Marsel" – 334.40 milyon €;

23. "Benfika" – 333.80 milyon €;

24. "Qalatasaray" – 285.58 milyon €;

25. "Vilyarreal" – 248.00 milyon €;

26. "PSV" – 239.75 milyon €;

27. "Ayaks" – 206.15 milyon €;

28. "Brügge" – 173.40 milyon €;

29. "Slaviya Praqa" – 102.43 milyon €;

30.. "Olimpiakos" – 102.20 milyon €;

31. "Union Sen-Jiluaz" – 86.10 milyon €;

32. "Kopenhagen" – 75.15 milyon €;

33. "Bodo/Qlimt" – 54.58 milyon €;

34. "Qarabağ" – 25.08 milyon €;

35. - "Pafos" - 20.85 €;

36. - "Kayrat" - 12.80 €.

Qeyd edək ki, Liqa mərhələsinin ilk oyunları sentyabrın 16–18-də keçiriləcək, son qarşılaşmalar isə 2026-cı il yanvarın 28-də baş tutacaq. Pley-off mərhələsinə fevralın 17–18-də start veriləcək. Turnirin qalibi mayın 30-da Budapeştdə təşkil olunacaq final oyunundan sonra müəyyənləşəcək.

"AzPolitika.info"